Güləşçimiz Şərif Şərifov "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

14:56 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Hafta.az xəbər verir ki, səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.