Gürcüstan Qarabağda keçirilən “seçkiləri” tanımır - XİN

21:41 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “yerli özünüidarəetmə orqanlarına” keçirilən “seçkilər” ilə bağlı bəyanat yayıb.

 

Hafta.az Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan XİN-inin saytında rəsmi məlumat yerləşdirilib.

 

Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən “yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

 

Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.