Gürcüstan rəhbərliyi Azərbaycan ilə iqtisadi tərəfdaşlığın önəmini anlayır - Mətyu Brayzə  

20:13 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Düşünürəm ki, Gürcüstan rəhbərliyi Azərbaycan ilə iqtisadi tərəfdaşlığın son dərəcə mühümlüyünü anlayır. Ona görə də hesab edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında münasibətlər yaxşı olmalıdır”. Bu sözləri Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə Gürcüstanın yeni hökumətinin ölkənin Azərbaycan ilə münasibətlərin inkişafına təsirini şərh edərkən söyləyib.

Siyasətçi deyib ki, Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını qətiyyətlə dəstəkləyir. Türkiyə isə Azərbaycanın dünyada ən yaxın dostudur. Bunların hamısının strateji əhəmiyyəti var.

“Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir”. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Atlantik Şuranın analitiki Metyu Brayza deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: “Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün, nəyisə güzətşə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə doğru deyil”.

Siyasət rubrikasından digər xəbərlər