Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir

16:54 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan və Azərbaycanın müvafiq qurumları dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, delimitasiya ilə bağlı növbəti görüş bu ilin martında keçirilməli olsa da, pandemiya ilə əlaqədar təxirə salınmışdı.

Onun sözlərinə görə, bu cür məsələlərin müzakirəsi zamanı mütəxəssislərin sərbəst mühitdə işlmələri üçün müvafiq şərait yaradılmalıdır:

“Hazırda bu istiqamətdə iş gedir, araşdırmılar və müzakirələr aparılır. Bu işi mütəxəssislərin və peşəkarların öhdəsinə buraxmaq lazımdır. İstənilən spekulyasiya və ya siyasi dəyərləndirmələr prosesə mane olur”.

Nazir əlavə edib ki, Gürcüstanla Azərbaycan arasında müzakirə və həll edilə bilməyən məsələ mövcud deyil.

Oxunma sayı 1078