Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir

20:47 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir.

Hafta.az xəbər verir ki, bunu trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.

Onun sözlərinə görə, gürcü ictimaiyyət nümayəndələri, professorlar Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Aksiyada həmçinin azərbaycanlılar və KİV nümayəndələri iştirak edir.

Ekspert əlavə edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir:

“Yerevanda ciddi cəhdlə Gürcüstan və Azərbaycan xalqlarını küsdürməyə çalışırlar. Amma onlarda heç nə alınmayacaq. Gürcüstan və Azərbaycan geosiyasi müttəfiqlərdir. Biz inkişaf edirik, Tbilisi ilə Bakının birgə layihələri var, amma Yerevan öz yerində sayır. Ermənistanda qonşularla düşmənçiliyin, qonşulara ərazi iddialarının özlərin ziyan olduğunu başa düşməyənədək, bu, belə də olacaq”.

Oxunma sayı 620