Gürcüstanda insanları girov götürən silahlı şəxs polisə təslim olub

23:51 21.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri girov saxlayan silahlı şəxs polisə təslim olub.

Hafta.az xarici saytlara istinadla xəbər verir ki, xüsusi əməliyyatla silahlı şəxs tutulub və girovlar sərbəst buraxılıb.

Cinayətkarın şəxsiyyəti barədə məlumat yoxdur. Onun qumbara və avtomatla silahlandığı bildirilirdi.

Qeyd edək ki, 5 saata yaxındır insanları girov saxlayan silahlı şəxs onların azad edilməsi müqabilində 500 min dollar və helikopter tələb edirdi.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri hadisə yerinə gəlib və əməliyyata rəhbərlik edib.

Oxunma sayı 1051