Gürcüstanda koronavirusa yoluxan daha üç nəfər sağalıb

12:06 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirusdan daha üç pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə bu xəstəlikdən sağalanların sayı 26 nəfərə çatıb. Aktiv COVID-19 infeksiyasının daşıyıcıları isə 104 nəfərdir.

Qonşu ölkədə bu günə qədər koronavirusa 130 yoluxma halı təsdiqlənib. Karantində 5 437, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır. 

Oxunma sayı 163