Gürcüstanda koronavirusa yoluxanların sayı 110 minə çatır 

13:15 23.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində ölkədə daha 3958 nəfərdə koronavirus təsdiqlənib, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 108 min 690-a çatıb. Onların min 89 170-i sağalıb, 1 012-sı isə ölüb.

Hazırda 2137 nəfər karantin rejimində, 6221 nəfər stasionar nəzarətdə saxlanılır.

Xəstəliyi yüngül keçirən 3 736 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Qeyd edək ki, Gürcüstanın iri şəhərlərində gecə saatlarında karantin rejimi tətbiq olunur. Yaxın günlərdə hökumətin pandemiya ilə əlaqədar daha ciddi tədbirlər görəcəyi gözlənilir. Hökumət iri ticarət şəbəkələri, bazar, restoran və kafeləri bağlamaq niyyətindədir.

Oxunma sayı 102