Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı

12:51 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4426  yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  132368 nəfərə, ölənlərin sayı isə 1230 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 110 049 nəfərin sağaldığı bildirilir.

Oxunma sayı 821