Gürcüstanın Təhsil naziri gözlənilmədən istefa verib

12:06 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili noyabrın 7-də vəzifəsindən istefa verib.

Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin bugünkü iclasında bildirib. O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.

Xatırladaq ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini tuturdu.