Hacıların sonuncu qrupu bu gün Vətənə dönür

11:58 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılmışdı. Onlar 8 təyyarə reysi ilə geri qayıdırlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.