Hacıqabulda qaz kəmərində baş verən yanğın söndürülüb

10:39 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul-Qalmaz qaz kəmərində baş verən yanğın söndürülüb.

Hafta.az xəbər verir ki, Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları,  “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. (APA)

Oxunma sayı 1929