Hakerlər Madonnanın məlumatlarını hərraca çıxara bilər

16:15 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur pop ifaçı Madonna və bir neçə tanınmış müğənninin şəxsi məlumatlarını ələ keçirən hakerlər istədikləri məbləğin miqdarını açıqlayıb.

Hafta.az xəbər verir ki, “Revil” adlı qrup həmin şəxslərin gizli məlumatlarını ictimaiyyətə yaymamaq qarşılığında “Grubman Shire Meiselas & Sacks” şirkətindən Madonna üçün 1 milyon dollar tələb edib.

Kiber cinayətkarlar pul verilmədiyi təqdirdə sənətçinin gizli yazışmalarını, lazımi sənədləri hərraca çıxaracaqlarını, hətta sosial şəbəkələrdə də yayacaqlarını qeyd ediblər.

Qeyd edək ki, məlumatları oğurlananlar sırasında Meray Keri, Kristina Agilera, Ledi Qaqa, Niki Minaj, Bryus Sprinqstin, Bett Midler, Pryanka Çopra, Cessika Simpson, Robert De Niro kimi məşhurlar da var.

Oxunma sayı 5271