Bakıda “Sheraton Baku Airport Hotell“in açılışı olub

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakıda “Şeraton“ otellər şəbəkəsinə mənsub “Sheraton Baku Airport Hotell-in“ açılışı olub. Otel eyni vaxtda 500-ə yaxın qonağa xidmət göstərə biləcək. “Şeraton“ otellər şəbəkəsinin regional meneceri Klaus Brat Şerter “Sheraton Baku Airport Hotell“in Bakıda açılmasını mühüm hadisə kimi dəyərləndirib. Qeyd edib ki, dünyanın otel və istirahət mərkəzləri üzrə aparıcı şirkətlərindən sayılan “Starwood Hotels“ şirkətinə mənsub “Şeraton“ ölkəmizin iqtisadi şəbəkəsinə daxil olan ilk Starwood otelidir. Silk Way Holdingin vitse-prezidenti Kamran Qasımov isə bildirib ki, “Sheraton Baku Airport Hotelli“ndə Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində yerləşən yeganə tanınmış otel nümunəsidir. Burada 207 otaq, Mikrosoft kommunikasiya şəbəkəsinə malik internet mərkəzi, fitnes zalı və digər xidmətlər fəaliyyət göstərir. Starwood şərqi və mərkəzi Avropada 75-ə qədər oteli idarə edir və yaxın 3 ildə daha 60 yeni “Şeraton“ otelinin tikilərək istifadəyə verilməsini planlaşdırır.
Azad