Türkiyə və Albaniya gəmiləri toqquşub

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
ADRİATİK dənizində Türkiyə və Albaniya gəmiləri toqquşub. “Sabah“ qəzetinin verdiyi məlumata görə, Albaniyanın Durres şəhəri yaxınlığında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 2 adam yaralanıb, 5 nəfər itkin düşüb. “Reina 1“ adlı Türkiyə gəmisi Rusiyadan Monteneqroya yük aparırmış. Albaniyaya məxsus “Ankara“ gəmisi isə sərnişin daşımaqla məşğul olub. Gəminin qəza zamanı yaralanan kapitanı bildirib ki, hadisəyə yüksək dalğalar səbəb olub. “Cihan“ agentliyinin məlumatına görə, itkin düşən Türkiyə vətəndaşlarının axtarışları davam edir.

Oxunma sayı 313