Havanı çirkləndirən metaləritmə sexi cəzalandırılıb

18:34 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yerləşən Etilen-Polietilen zavodu ərazisinə qaz və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat araşdırılıb.

Aparılan monitorinq və araşdırma zamanı ətrafa yayılan iy-qoxunun yaxınlıqda yerləşən “TAC Metal” MMC-yə məxsus metaləritmə sahəsində formalaşdığı məlum olub. 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə, etil-benzolun qatılığının normadan 1,4 dəfə artıq olduğu müəyyən edilib: “Faktla bağlı MMC-nin direktoru Müslüm Abbasov barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.