“Hazırda YAP yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləyib” – Rufiz Qonaqov

13:04 20.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sərdi kimi partiyasının kadr potensialına söykənərək, özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, effektli idarəçilik həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi. Respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarını dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi həkk etdi”.

Bunu hafta.az-a açıqlamasında politoloq Rufiz Qonaqov deyib. Politoloq bildirib ki, Ulu öndərin haqq dünyasına qovuşmasından keçən 16 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar bu gün Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir: “Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi ölkə prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir. Belə liderə və onun müzəffər partiyasına qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq. Hazırda Yeni Azərbaycan Partiyası öz liderinin siyasi islahat kursuna, irəli sürdüyü təşəbbüslərə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləyib. Öz sıralarına çoxsaylı təşəbbüskar və fəal üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edə biləcək yeni-yeni intellektual kadrlar cəlb edib. Bir sözlə, Yeni Azərbaycan Partiyası ümummilli liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirib. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün ulu öndərin söylədiyi müdrik bir kəlamı - “zaman hər şeyi öz yerinə qoyur!” ifadəsini bir daha təsdiq edir”.

Siyasət rubrikasından digər xəbərlər