Həbsdə olan qohumuna mobil telefon vermək istəyən şəxs saxlanılıb

16:41 12.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən hafta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Məmmədov Yaşar Nadir oğlu ilə qısamüddətli görüşə getmiş xalası oğlu, Bakı şəhər sakini Sultanov Bahəddin Abdulla oğlunun üzərinə və apardığı sovqata baxış keçirilən zaman əynində olan gödəkcənin cibində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.