Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı

15:37 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Hafta.az-ın məlumatına görə, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

 Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.