Azərbaycanla İran kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qlobal ərzaq böhranı dövründə əsas prioritet olan kənd təsərrüfatı sahəsində Azərbaycanla İran arasında əməkdaşlıq genişləndirilməlidir. “İRNA“nın məlumatına görə, bu fikir İstanbulda Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun iranlı həmkarı Sadıq Xəlilianla ikitərəfli görüşü zamanı səslənib. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI konfransı çərçivəsində keçirilən görüş zamanı iki qonşu ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Xatırladaq ki, oktyabrın 3-dən etibarən İstambulda start götürən konfrans ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişaf etdirilməsinə həsr olunub. İndiyədək quruma üzv ölkələr aclıqla mübarizə, kənd təsərrüfatının inkişafı etdirilməsi və ərzaq təhlükəsizliyinin sahələri üzrə bir sıra layihə və proqramlar həyata keçiriblər. Dörd gün davam edəcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI konfransında 26 üzv ölkə nümayəndələri iştirak edirlər.

Vüsal
Oxunma sayı 141