Hələ də 30 illik siyasətlərinə əsir olmaqla varlıqlarını qanunu pozmaqla diqqətə çatdırmaq fikrindədirlər - RƏY

14:59 20.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahdi olduq. Onların mitinq keçirmək üçün müraciətinə cavab olaraq müvafiq yerin ayrılmasına baxmayaraq kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qoparması yolverilməz haldır.

Hafta.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Hüseynov deyib. 

Onun sözlərinə görə, çünki ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunu durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir:

"Hələ də 30 illik siyasətlərinə əsir olmaqla varlıqlarını qanunu pozmaqla diqqətə çatdırmaq fikrindədirlər.

Qanun keçikçilərinin vəzifə borcuna xidmətlərini qiymətləndirir və bu cür neqativ halların bundan sonra da qanun çərçivəsində qarşısının alınacağına əminliyimizi bildiriririk".

Siyasət rubrikasından digər xəbərlər