Hər əməliyyat olunan şəxsə əlillik verilmir - Nazirlik

12:34 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda əlilliyin təyini sisteminin elektronlaşdırılmasından əvvəl əlillik dərəcəsi alanların müayinəsi ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu ilin sonuna kimi bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

 

Hafta.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.


Onun sözlərinə görə, əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir:

“Əlilliyin təyini üçün əməliyyat keçirilən orqanın funksional vəziyyəti dəyərləndirilir. Əksər hallarda açıq ürək əməliyyatı keçirənlər üçün 2-ci qrup əlillik təyin edilə bilər. Lakin göndərişdə vətəndaşın sağlamlıq vəziyyəti tam əks olunmalıdır”.

Oxunma sayı 352