“Hər iki məntəqəmiz parlament seçkilərinə hazırdır” – Dilarə Cəbrayılova

13:18 23.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Nardaran qəsəbəsində yerləşən və direktoru olduğum 295 saylı tam orta məktəbdə 2 məntəqə fəaliyyət göstərir. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində seçicilərin rahat və şəffaf şəkildə səs verməsi üçün bütün şərait yaradılıb”.

Bunu hafta.az-a açıqlamasında məktəbin direktoru, keçmiş millət vəkili Dilarə Cəbrayılova bildirib. Dilarə Cəbrayılova bildirib ki, o məntəqə sədri olmasa da əhalidəki seçki ab-havasından xəbərdardır: “Hər şey yüksək səviyyədədir. Hər şey çox yaxşıdır. Əhalidə seçki ab-havası olduqca yüksəkdir. Hər iki məntəqəmizdə həm 27, həm də 14 saylı seçki məntəqəsində seçkilərin çox yüksək səviyyədə baş tutması üçün dünya standartlarına uyğun şərait yaradılıb. Camaatla da görüşəndə deyirik ki, seçkidə aktivlik göstərin”.

Oxunma sayı 129
Siyasət rubrikasından digər xəbərlər