Hər iki şirkətin təklifləri Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsində xüsusi əhəmiyyətli olacaq - Millət vəkili

12:53 26.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatının gələcəyini yeni texnolgiyalar və innovasiyaların üzərində görür və ona görə də Dünya İqtisadi Forumuna səfərləri zamanı dünyanın aparıcı texnologiyaları istehsal və ixrac edən dünyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, bununla da bizim texnologiyalara olan niyyətimiz haqqında məlumatlar verilir: "Artıq bu şirkətlər Azərbaycanın yeni texnologiyalara açıq ölkə kimi tanıyırlar və özləri təşəbbüs göstərərək prezidentimizlə görüşmək istəyini bildirirlər. Bir neçə gün əvvəl keçirilmiş CISCO və "Signify" şirkətlərinin rəhbərlərilə baş tutmuş videokonfranslar da həmin şirkət rəhbərlərinin təşəbbüsü ilə baş tutmuşdur. CISCO şirkəti Azərbaycanda Ağıllı şəhər, Ağıllı məktəb, Ağıllı ölkə layihələrini icra olunmasında əməkdaşlıq etmək niyyətini ortaya qoyur. "Signify" şirkəti ölkəmizin işıqlandırılma sistemlərinin daha müasirləşdirilməsində iştirak etmək istəyir".

Azər Badamovun sözlərinə görə, hər iki şirkətin təklifləri Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsində xüsusi əhəmiyyəti olacaq: "Biz, müasir texnologiyalardan istifadə etməklə iqtisadiyyatı elektronlaşdırmaq, su və enerji resurslarına qənaet etməklə istehsal olunan məhsullarını daha çox ixrac imkanınına malik olacayıq. Dünyanı qlobal böhran börüdüyü zamanda iqtisadiyyatları müasir texnologiyalar və innovasiyalar üzərində quran ölkələr bu böhrandan az itkilərlə çıxaraq yeni dönəmdə daha sürətli inkişafa qovuşacaqdır. Azərbaycan belə ölkələrin önündə gedir".

Oxunma sayı 1287