Hərbi attaşelər sabah Bərdəyə gedəcək

15:47 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mən hərbi attaşeləri Bərdəyə dəvət etmək istərdim”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, hərbi attaşelərlə birlikdə sabah həmin ərazilərə baxmaq istəyir:

“Təbii ki, onların da təhlükəsizliyini təmin etmək lazımdır. Bu cür hallarda da biz Ermənistan silahlı qüvvələrinin hücumlar etməsini görürük”.

Oxunma sayı 553
Siyasət rubrikasından digər xəbərlər