Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib 

14:46 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar, həmçinin şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Gecə təlimlərində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Oxunma sayı 312
Gündəm rubrikasından digər xəbərlər