Hərbi hissədə Ulu öndərin anım mərasimi keçirilib

21:52 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən N saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Hafta.az-ın məlumatına görə, Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirdə Sahil Mühafizə komandanı general-leytenant Əfqan Nağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov hərbi hissənin zabitləri, gizirlər, miçmanlar, matroslar və əsgərlər iştirak edib. Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış etdilər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olmasında, onun qorunub saxlamasında, müstəqil dövlət quruculuğunda, milli ordu quruculuğundakı misilsiz fəaliyyətindən danışıblar.

Oxunma sayı 40
Siyasət rubrikasından digər xəbərlər