Həssas icmalarda su, sanitariya və gigiyenik mühitin yaxşılaşdırılması" layihəsi həyata keçirilir  

11:11 25.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf proqramı tərəfindən qismən maliyyələşdirilən və icra edilən "Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsi çərçivəsində Yerli idarəetməyə Yardım İctimai Birliyi tərəfindən "Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması" layihəsi həyata keçirilir.

 

Hafta.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd Yevlax və Bərdə rayonları üzrə seçilmiş Qaraməmmədli, Malbinəsi, Seyidyusifli bələdiyyələri və kənd məktəblərində, Əyricə bələdiyyəsi, Qayalı və Yeni Əyricə kənd məktəblərində su, sanitariya və gigiyenik mühiti yaxşılaşdırmaqdan ibarətdir.

 

İcrasına 5 Dekabr 2018- cil tarixindən başlanılan və icra müddəti 26 Dekabr 2019-cu ilədək planlaşdırılan layihə çərçivəsində indiyədək əhali arasında su, sanitariya və gigiyena barədə məlumatlılıq səviyyəsini artırmaq üçün sessiylar keçirilib və su və sanitar qovşaqlarının yaxşılaşdırılması istiqamətində işlərə başlanılıb.

 

Məktəbdə şagirdlərdən ibarət Su, Sanitariya və Gigiyena Klubu, icmada isə özünüidarə mexanizmi olan xidmət təchizatçıları, bələdiyyə üzvləri və fəal icma üzvlərini əhatə edən Komitələr yaradılıb.

 

Komitə və klubların yaradılmasımda məqsəd yalnız layihə dövründə deyil eyni zamanda layihə başa çatdıqdan sonrakı dövr ərzində də şagirdlər və kənd sakinləri arasında maarifləndirmə və təbliğat işlərinin aparılması, yenidən qurulmuş su və sanitar qovşaqların səmərəli şəkildə istifadə edilməsinə nəzarət edilməsidir.

Layihə çərçivəsində hədəf kənd məktəblərində genderə həssas ayaqyoluların yenidən tikilməsinə və su bulağının çəkilməsinə, kənddə mövcud artezianda 6 metr hündürlüyündə dəmir estakada üzərində yerləşdirilmiş 4 tonluq çənlə kəndin müxtəlif 5 istiqamətinə su xəttlərinin çəkilməsinə, əhalinin xüsusilə qadınların su mənbələrinə əlçatanlığını təmin etmək məqsədilə kəndin müxtəlif yerlərində bulaqların tikilməsinə başlanılıb. 

Bu fəaliyyətlərin icrasına komitə üzvləri yaxından cəlb olunub.