Həştərxanda bu günə kimi 100 nəfər koronavirusa yoluxub – Azərbaycanlı həkim

12:34 14.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Həmyerlimiz Solmaz Həsənova əslən Qarabağlıdır. Həştərxanda yaşayır. 10 ildən çoxdur ki, Həştərxan Şəhər 1 saylı Uşaq Poliklinikasında həkim pediator-nevroloq işləyir.

Tanınmış uşaq həkimi Solmaz Həsənova hafta.az-a müsahibəsində minlərlə soydaşımızın yaşadığı Həştşrxanda koronavirusla bağlı son vəziyyətdən danışıb..

-Solmaz xanım, Həştərxanda bu günə kimi nə qədər adam koronavirusa yoluxub?

-  Bu günə kimi 100 nəfərin yoluxduğu bildirilir. Amma bir nəfər ölüb. Gün ərzində 7-8 nəfər bu xəstəliyə yoluxur.

-Orada təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti nə yerdədir? Onların  arasında xəstəliyə yoluxanlar varmı?

- Dəqiq sayını deyə bilmərəm, amma burada azərbaycanlı tələbələr var. Onlardan bir çoxu yollar bağlı olduğu üçün vətənə dönə bilməyiblər. Könüllü dəstələr yaradılıb. Müraciət olunan tələbələrə tələbata uyğun qayğı göstərilir. Təbii ki, bir həmyerli kimi mənə müraciət edənlər də olur. Onlara köməklik göstərirəm, eləcə də başqa xəstəliklərdən əziyyət çəkən tələbələrimizi müalicə alınması üçün hara lazımdır yönəldirəm.

- Həştərxandakı karantin rejimi barədə danışardınız...

-Bizdə də karantin demək olar ki, hər yerdə olduğu kimidir.Yəni evdən çıxmağa çox icazə yoxdur. İşləyənlər və dövlət qulluqçuları müəyyən buraxılış vərəqəsiylə hərəkət edirlər.

Müəyyən cəza tədbirləri də mövcuddur, bu cərimə formasında təyin olunur. Mən bir başa belə xəstələri görməmişəm. Biz sadəcə ehtiyata alınmışıq. Bununla bağlı ərizə yazdırıblar , əgər təlabat artarsa, çağrılacağıq.

 Ona görə də virusla bağlı bizə kurslar keçilir və sonda imtahan şəklində test verərək sertifikat alacağıq.

-Uşaqlar arasında virusa yoluxanlar varmı?

- Mən əslində nevroloq kimi işləyirəm, amma bu hadisələrlə bağlı pediatr kimi fəaliyyət göstərirəm. Uşaqlar arasında bizim şəhərdə yoluxma halı qeydə alınmayıb. Məktəblər və bütün təhsil sistemi Azərbaycandakı  kimi bağlıdır.

-Sakinlər karantin rejimə necə əməl edirlər?

-Əməl edilir. Amma çox gərgin hallar yaşanır. Karantin özü özlüyündə bir çox xəstəliklərin artıracaq. Ona görə ki, indi uşaqlarda avitaminoz və immunitet zəifliyi daha da çoxalacaq. O cümlədən nevrozlar da artacaq.  Bizdə və sizdə görülən işlər oxşardır. Yanaşma fərqli ola bilər, bu da millətlərin xasiyyət və davranış fərqindən aslıdır.

-İnsanlar  arasında bu xəstəliyi ciddi qəbul etməyənlər də az deyil. Bir həkim kimi sizin onlara məsləhətiniz?

- Xəstəlik var, ya yox, insanlar müəyyən qaydalara, xüsusilə də gigenik qayda-qanuna mütləq əməl etməlidilər.

Bir həkim kimi məsləhərim odur ki, evdə qalsınlar, özlərini izolyasiya etsinlər. İctimai yerlərə getməsinlər, insanlarla təmasda olmasınlar. Az hərəkətli olduqları üçün çalışıb yüngül yeməklərə qidalansınlar... Musiqi dinləmək faydalıdır. Həmişə təmkinli olsunlar. Sonunda dua etməyi unutmasınlar. Çünki dünyanı yaradan, insana ömrü verən bir qüvvə var... Sağlam olun!

Oxunma sayı 911