Hətta evlərdə də toplaşıb dini ayinləri qeyd etmək olmaz - İlahiyyatçı

14:12 15.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının 21-də Məhərrəm ayı başlayır. Bu ayda insanlar məscidlərə üz tutur, imamlara yas mərasimləri təşkil edirlər. Lakin bu il Məhərrəm ayı pandemiya dövrünə təsadüf etdiyi üçün səhiyyə qurumları bir sıra dini ayinlərin icra edilməməsini tövsiyyə edir. Bəs nələri etmək doğru deyil?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov hafta.az-açıqlamasında bildirdi ki, qatı radikallar bir yerə toplaşıb, İslam qaydalarına zidd hərəkətlər edirlər ki, bu, İslamda dinində yoxdur. Pandemiya dövründə heç olmasa bunu etməməlidirlər:

"Bildiyimiz kimi pandemiya dövrüdür, insanların bir yerə toplaşması tibbi cəhətdən doğru deyil. İnsanların bir yerə yığılması - yas yerləri, toy məclisləri, məscid ibadətləri və s. xəstəliyin daha da artmasına səbəb ola bilər. Hətta evlərdə də toplaşıb dini ayinləri qeyd etmək olmaz.

Məhərrəm ayında yığışmaq, ağlamaq, vay-şüvən etmək İslam dinində yoxdur. Sadəcə radikal dindarların özlərinin uydurmasıdır. İslam dinində belə mərasimlər haqqında məlumat yoxdur.

Olsaydı Məhəmməd Peyğəmbər özü bu haqda göstəriş verərdi. Ümümiyyətlə yas mərasiminin bu qayda da keçirilməsi düzgün sayılmır. İslam dinində yas mərasimi 3 gün keçirilə bilər. Bu kimi adətlər götürülməlidir. İslam dini üçün belə adətlər məqbul sayılmır".

Oxunma sayı 3840