“Heydər Əliyev  olmasaydı, bu qanunlar da olmazdı...” - Siyavuş Novruzov

14:51 12.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin halkimiyyətə gəlməsinin 50 illiyidir...”.

“Həftə içi” parlament müxbirinin  verdiyi xəbərə görə, deputatlara bu xatırlatmanı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov edib.

O deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olunub, amma əsas məsələyə toxunulmayıb.

“Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin halkimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir” -  S.Novruzov belə deyib.

Siyasət rubrikasından digər xəbərlər