Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək

12:50 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək.

Mərkəzdən hafta.az-a verilən məlumata görə, konsertdə Moskavada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.