Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib - FOTO

23:09 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Xalq artisti Faiq Ağayevin konserti keçirilib.

Tanınmış estrada ulduzu tamaşaçılar qarşısında sevilən, məşhur mahnıları ilə çıxış edib. Bir saatdan artıq davam edən konsert proqramı izləyicilər tərəfindən böyüş coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq həftəsonlarında müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı məqsədilə təşkil olunur.