“Heydər Əliyev örnək götürülməli böyük liderdir” - Türkiyə səfiri

12:35 12.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Səfir jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev örnək götürülməli böyük bir liderdir.

“Heydər Əliyev Azərbaycanın müstəqil olacağı günləri arzulayırdı. O, müstəqillikdən sonra da Azərbaycanın necə güclənəcəyini düşünməklə ömrünü keçirdi. Hətta həyatını təhlükəyə atdı. Türk dünyasının başı sağ olsun. Belə bir lider hər zaman dünyaya gəlmir”, - deyə E. Özoral qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər