Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir - Vitali İqnatenko

17:34 12.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir. Onu xatırladıqda böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub.

Rusiyanın TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Azərbaycanın ümummilli lideri Heydər Əliyevi xatırlayarkən belə deyib.

İqnatenko vurğulayıb ki, Heydər Əliyev özünün yüksək mədəniyyəti, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək daim yaşayacaq. “Biz hamımız onun necə gözəl ata, baba, ömür-gün yoldaşı, silahdaşları üçün dost və yoldaş olduğunu xatırlamalıyıq. Düşünürəm ki, onun bu keyfiyyətləri hər zaman yaddaşlarda qalacaq. Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və önəmli bir insan idi. O, gələcək nəsillərə çox vacib miras qoyub. Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir”, - deyə o vurğulayıb.

Heydər Əliyev ilə şəxsi görüşlərini yada salan tanınmış jurnalist deyib: “Prezident Administrasiyasında işlədiyim vaxt mənə yay mövsümü üçün xidməti bağ evi təklif etdilər. Böyük, gözəl və rahat bağ evi idi. Mən ona baxdıqdan və ən kiçik detalları nəzərdən keçirdikdən sonra elə təəssürat yarandı ki, sanki bağ evinin sahibi harasa çıxıb və indi qayıdacaq. Mən burada kimin yaşadığını soruşdum. Cavab verdilər: “Əliyev. O, indi xəstəxanadadır və bu bağ evinə qayıtmayacaq”. Doğrusu, mən bundan çox pis oldum. Nəticə olaraq, mən bağ evindən imtina etdim. Məni gözləməyə məcbur etdilər və uzun müddət heç nə vermədilər... İllər ötdü, mən bu hadisəni unutdum. Bağ evinin xidmətçilərindən biri bu əhvalatı Heydər Əliyevə danışıb. Uzun illər sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Biz qəbulların birində görüşdük və o, həmin hadisəni mənim jurnalist həmkarlarıma danışdı. Onun bu əhvalatı xatırlaması məni çox təsirləndirdi”.