Heyvanlar kütləvi şəkildə tələf olur... Yeni problem

11:47 19.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər fermerlərin, kəndlilərin rastlaşdığı problemlərdən biri də saxladıqları mal-qaranın bir sıra xəstəliklərə tutulub, tələf olmasıdır. Bu kimi hallar baş verəndə yerli baytar idarələri də problemi öz üzərindən atmağa çalışırlar. Bəzən fermerin özbaşına müdaxiləsi, bəzən isə baytar apteklərin savadsız davranmalarını əsas gətirirlər.

Yaxın günlərdə Lənkəranda fərdi təsərrüfatda xırdabuynuzlu heyvanlar tələf olub

Belə ki, rayonunun Digah kəndində fərdi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar xəstəliyə yoluxandan sonra dırnaqları uzanır, soyulur və çürüyür.

Lənkəran Rayon Baytarlıq İdarəsindən mətbuata verilən məlumatda o da qeyd edilir ki, problemlə bağlı yeni xəbər tutduqlarını bildiriblər: “Xəstəliyin elmi adının nə olduğunu soruşduqda isə rayonun baş baytarı Əzizağa İsgəndərov bildirdi ki, ilk olaraq götürülən nümunələr laboratoriyada sınaqdan keçirilməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəliyindən ola bilər. Bu xəstəliyə uyğun peyvənd isə baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan ayaqları üstə dura bilmir, qida məhsullarını qəbul etməkdə çətinlik çəkir və nəticədə tələf ola bilir. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək. Heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir”.

Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli dedi ki, bu sahəyə baxan aidiyyatı qurumların epizodik planları var:

“Heyvandarlıqdan söhbət gedirsə, kütləvi yolxucu xəstəliklər var. Elə xəstəliklər vardır onunla mübarizə dövlət tərəfindən, elə xəstəlik var ki, fermerin vəsaiti hesabına aparılır. Bəzi xəstəliklər total xarakter daşıya bilər. Bunu dövlət müəyyən edir və epzotik plan əsasənda bir neçə dəfə müalicəni aparır. Bu kimi halların baş verməsinin kökündə bizim heyvan saxlayanlarımızın heyvan saxlama məsələlərində təsəvvürlərin az olmasın dayanır. Bir neçə dəfə belə hallar baş verib. Yüzdən çox heyvanlar tələf oldu. Belə hallar baş verdikdən sonra, aparılan araşdırmalardan məlum olur ki, şəxs gedib aptekdən dərman alıb, o dərman heyvanlara yüksək dozada verilib, dəri vasitəsi ilə bədəninə hopub və tələf olub. Dövlət Baytarlıq Xidməti  və digər qurumlar il ərzində bu kimi problemlərə qarşı qabaqlayıcı tədbirlər görürlər. Kənd Təsərrüfatı Nazirliyi və digər qrumlar bütün fermerlərə müraciət edirlər ki, heç bir müalicə işini baytarlıq idarəsi mütəxəssisi olmadan etməyin. Süni mayalanma əməliyyatını belə zootexnik etməlidir. Hər bir rayonda baytarlıq idarəsi, hər bir kənddə baytarlıq məntəqəsi vardır. Bu gün baytarlıq xidməti o qədər də əlçatmayan xidmət deyil ki, heyvandar o xidmətdən istifadə edə bilməsin. Özbaşına fəaliyyət təsərrüfatlarda bu kimi hadisələr yol açır”.

Sosial rubrikasından digər xəbərlər