Hikmət Hacıyev "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib - VİDEO

16:17 12.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal Beynəlxalq Münasibətlər İnstitutu - "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.

Hafta.az-ın məlumatına görə, "Chatam House" beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir.

Tədbirdə Qafqaz üzrə ekspertlər Tomas de Vall və digərləri iştirak edib.

Tədbirdə H.Hacıyev Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda aparıcı rolu, inkişafı və həyata keçirdiyi mühüm layihələr barədə danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regional liderliyi və uğurlu inkişafı, ölkəmizdə aparılan köklü islahatlar haqqında çıxış edib.

H.Hacıyev Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə ətraflı məlumat verib. 2 saata qədər davam edən müzakirələrdə Prezident Administrasiyasının rəsmisi auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Oxunma sayı 46