Hindistan prezidentindən Azərbaycanın dövlət başçısına təbrik məktubu

17:58 22.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan prezidenti Ram Nat Kovind Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az-ın yazdığına görə, Hindistanın dövlət başçısı məktubunda ölkələrimiz arasında yaxın mədəni və tarixi əlaqələrin mövcud olduğunu qeyd edir. Bildirir ki, məhz bu əlaqələr ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərməkdədir. Cənab Ram Nat Kovind, birgə səylərimizin çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəyinə inandığını qeyd edib.

“COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcək” deyən cənab Ram Nat Kovind təbrik məktubunu Azərbaycan prezidentinə və xalqına cansağlığı və xoşbəxtlik, tərəqqi və firavanlıq arzulamaqla bitirir.

Oxunma sayı 781