Hindistan səfirliyində Quru Nanak Devin 550 illiyi qeyd edilib

12:54 13.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfirliyində Quru Nanak Devin anadan olmasının 550 illiyi qeyd edilib.

Hafta.az yazır ki, tədbir, sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınan Siqh icmasının ilk qurusu, mənəvi lideri Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə 1 ildir davam edən tədbirlərin tərkib hissəsi idi. Quru Nanak, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan "tək Allah" ismarıcını yayıb. Onun əsas fikirlərini Siqh əlifbası Gurmuxi ilə yazılıb, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə çıxış edən səfir B.Vanlalvavna Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların getməsi presudurunu asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılmasını vacib sayıb. Onun fikrincə, "Ağıllı şəhər" prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, xatirə sikkə və poçt markalarının tədavülə buraxılması, Hindistan Dəmir Yolları şirkətinin zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Devlə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətinin təşkil etməsi yaxşı olardı. Diplomat bütün bu məsələlərlə bağlı Hindistan hökümətinin irəli sürdüyü təşəbbüslərdən söz açıb.

Millət vəkili Naqif Həmzəyev hər iki ölkə mədəniyyətinin mənimsədiyi dini tolerantlılıq və multikulturalizm dəyərlərindən danışıb.

Digər çıxış edənlər də Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin bugünkü dünya üçün aktuallığından söhbət açıb.

Bu yerdə qeyd edək ki, noyabrın 9-da Hindistanın baş naziri Narendra Modi Qurdsapur - Dera Baba Nanakda Kartarpur dəhlizinin açılışını edib. Hindistanın Pəncab əyalətində yerləşən Dera Baba Nanak Sahib Siqh ziyarətgahlarını Pakistanın Pəncab əyalətində yerləşən Qurdvara Darbar Sahiblə birləşdirən dəhliz, sitayişkarlara Hindistan-Pakistan sərhədindən 4,7 kilometr uzaqlıqda yerləşən Kartarpurdakı Qurdvaranı vizasız ziyarət etməyə imkan verəcək.