Hindistanda koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib

12:27 09.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Vicayvade şəhərində koronavirus xəstələrinin yerləşdirildiyi “Svarna palas” otelində yanğın olub.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15-20 nəfər xəsarət alıb. Yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata görə, yanğına elektrik sistemində baş verən qısa-qapanma səbəb olub.

Oxunma sayı 2391