Hollandiya adından imtina edildi - Səbəb?

11:18 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.

Hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Avrovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Rebrendinq Niderlandı 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.