Hotellərdə xüsusi karantin otağı olmalıdır - Agentlik

18:09 16.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yerləşdirmə vasitələri, xüsusilə hotellər üçün belə bir tələb qoymuşuq ki, koronavirusla bağlı şübhəli halların idarəedilməsi məqsədilə hotellərdə xüsusi izolyasiya otağı olmalıdır.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun mudiri Günay Bayramova “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda keçirilən onlayn müzakirələrdə deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyası ilə əlaqədar yerləşdirmə müəssisələri üçün hazırlanan yeni təlimatda müəyyən bir otağın karantin məqsədilə saxlanılması tələbi var: “Təlimatda qeyd edilir ki, əgər hotelə gələn hansısa şəxsdə müəyyən simptomlar müşahidə edilərsə, həmin xəstə dərhal nəzarətə götürülməlidir. Bu şəxsə dərhal tibbi xidmət göstərilməli və ya ona bu xidmətlərin göstərilməsi təmin edilməlidir. Xəstə qoruyucu vasitələrlə təmin edilməli, ona maska taxılmalıdır. İşçi heyətin də həmin şəxslə təması minumuma endirilməlidir. Karantin otağı da məhz bu zaman istifadə edilməlidir. Simptomları müəyyən edilən şəxs həmin karantin otağına yerləşdirilməli və təcili tibbi yardım xidmətinin işçiləri gələnə qədər orada saxlanılmalıdır".

Oxunma sayı 55