Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ANS” Çingiz Mustafayevin Laçındakı video çəkilişini təhrif edir” - ARİF PAŞA
Tarix: 19.05.2014 | Saat: 17:25:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 17-də Laçının işğal etdirilməsinin 22-ci ildönümü münasibətilə “ANS” telekanalının rəhmətlik Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin 1992-ci ilin mayında Laçında çəkdiyi kadrlara əsasən, keçmiş Laçın alayının komandiri Arif Paşanın guya həmin günlər bölgədə olmaması təəssüratı yaranır.

Hadisələri düzgün araşdırdıqda məlum olur ki, əslində hələ Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 051 saylı əmri ilə 811 saylı Laçın alayı ləğv edilmiş və Arif Paşanın komandirlik səlahiyyəti əlindən alınmışdır. Bölgədəki bütün silahlı qüvvələr isə 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilmişdir. Buna rəğmən Arif Paşa özünün bizə müsahibəsində söylədiyinə görə, silahı yerə qoymayaraq, doğma yurdunun müdafiəsi üçün əlindən gələn təşəbbüsləri göstərmişdir.

Arif Paşa öz facebook statusunda “ANS”in Çingiz Mustafayevin Laçında çəkdiyi kadrları təhrif etdiyini söyləyir. Alay komandirinin cavabını olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli “ANS”çilər! Sizin Laçının isğalı ilə əlaqədar göstərdiyiniz, şəhid Milli Qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi kadrlarda gördüyünüz qüvvələr Laçına şəxsən mənim tərəfimdən geri qaytarılıb. Orada olan əsgərlərin düzülüb oxumasından tutmuş, geri qaytarılan BÜTÜN QÜVVƏLƏRİN (!!!) bölünüb istiqamətlər üzrə yerləşdirilməsinə qədər hər bir fəaliyyəti şəxsən mən təşkil etmişəm. Kadrlarda görünən, hal-hazırda da prokurorluq orqanlarında işləyən Tarıverdiyev Telman Əliş oğlu və ədliyyə sistemində çalışan Quliyev Nizami Cavanşir oğlunu da müxtəlif tapsırıqlarla, müxtəlif istiqamətlərə mən göndərmişəm. Kadrda görünən sabiq icra başçısı, rəhmətlik Cabbarov Zakir Cabbar oğlu mənimlə eyni maşında idi.

Əsgərlərə komanda verən qərargah rəisi Nağıyev Rafiq Heydər oğlu mənim göstərişlərimi yerinə yetirir. Mənim xidməti “UAZ” markalı avtomobilim kadrdadır. Mənim sürücüm orada görünür. Bütün prosesləri qaydasına salan mən isə guya yoxam... Əvəzində isə sanki həmişə kadrda görünüb "qəhrəmanlar və qaçanlar haqqında moizələr" edən eyni şəxsin sözlərinin təsdiqini tapması üçün - mən görünmürəm. Bu ssenari, bu sözlərin nə üçün deyilməsi və nəyə xidmət etməsi bizə bəllidir və bu barədə burada danışmağa lüzum görmürəm... Amma dediyim bütün proseslər Ç.Mustafayev tərəfindən çəkilmişdi və mən ərazini tərk edən qüvvələr qarşısında çıxış edərkən, o, mənim dediyim sözlərin təsirindən ağlaya-ağlaya çəkiliş aparırdı! Həmin kadrlar yoxdur! Mənim olduğum bütün kadrlar lentdən götürülüb...”.

Sultan Laçın, Hafta.az


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018