Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Danimarka parlamentində Qarabağla bağlı dinləmələr keçiriləcək
Tarix: 29.09.2011 | Saat: 14:15:00
Bölmə:Siyasət | çapa göndər

Danimarka parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin təşkil olunması nəzərdə tutulub. Bu barədə Danimarka parlamentinin türkəsilli deputatı Hüseyn Arac bildirib. Danimarka ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az məlumata malik olduğunu vurğulayan deputat deyib ki, ölkə parlamentində münaqişə barədə dəqiq və ətraflı məlumatları diqqətə çatdırırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycan üçün eyni əhəmiyyət daşıyır. H.Arac deyib: “Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir. Ona görə də biz imkan düşən kimi, Azərbaycan həqiqətlərini Danimarka ictimaiyyətinin diqqətinə çatdırırıq. Danimarkada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporaları da birgə fəaliyyət göstərirlər“. Deputat söyləyib ki, Ermənistan işğalçı siyasətinə son qoymalı, münaqişə tezliklə həll edilməli, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdır. Beynəlxalq birlik də bunu tələb edir. O məlumat verib ki, Danimarka parlamentində qondarma erməni soyqırımı iddiaları ilə bağlı dinləmələrin də keçirilməsi nəzərdə tutulub.
Vüsal


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018