Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qarabağ problemi Türkiyə xarici siyasətinin təməl prinsipidir
Tarix: 28.09.2011 | Saat: 14:15:00
Bölmə:Siyasət | çapa göndər

TürkiyƏnin və Azərbaycanın, yüksək mədəniyyətin təmsilçiləri olan iki qardaş ölkənin bu gün dünyaya söyləyəcəyi hələ çox sözləri var. Bunu Türkiyə parlamentinin AKP-dən olan deputatı, Azərbaycan əsilli Şuay Alpay bildirib. Anasının Azərbaycanın Gəncəbasar bölgəsindən, Samux rayonundan olduğunu deyən Şuay Alpay söyləyib ki, onun ana-atası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra o, silahını yerə qoymur və 1932-ci ilədək dağlara çəkilərək bolşeviklərə qarşı mübarizə aparır, xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir millət olsalar da, iki güclü dövlətə sahibdir. Bu iki dövlət böyük mədəniyyətin daşıyıcısı olaraq Avropaya və dünyaya siyasi, iqtisadi, hüquqi və mədəni sahədə nümunə olacaq və yol göstərə biləcək dövlətlərdir. Çünki bizlər böyük mədəniyyətin daşıyıcılarıyıq və bu yüksək mədəniyyətin daşıyıcıları olaraq indi dünyaya deməyə hələ çox sözümüz var. Ş.Alpayın fikrincə, bu ismarışları dünyaya daha yaxşı formada çatdırmaq üçün mövcud əlaqələri daha da inkişaf etdirilməlidir. O deyib: “Biz tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq. Türkiyə təkcə bu problemin tezliklə sona yetməsini söz olaraq istəmir, bu istiqamətdə fəaliyyət göstərir. Dağlıq Qarabağ problemi Türkiyənin xarici siyasətinin təməl prinsiplərini təşkil edir və biz deputat, türk milləti olaraq bu prinsipləri dəstəkləyirik. İstəyirik ki, Azərbaycanın işğalına son qoyulsun və tam müstəqilliyə qovuşsun. Qarabağ münaqişəsi həllini tapdıqdan sonra Azərbaycan Türkiyə ilə bütün sahələrdə birgə fəaliyyət göstərə bilərlər“.
Vüsal


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018