Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Təmiz Binəqədi” layihəsinin təqdimatı keçirildi FOTO
Tarix: 07.07.2014 | Saat: 11:24:00
Bölmə:Sosial | çapa göndər

İyulun 5-də Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. Hafta.az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş açılış mərasimində RİH-nin başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və mikrorayon sakinləri iştirak etmişdirlər.

“Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Paytaxtın Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verilmişdir. Layihənin keçirilməsindəəsas məqsədlərdən biri də qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunun qazanılmasına xidmət edir.

Açılış mərasimində giriş nitqi iləçıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını RİH başçısı Xaləddin İsgəndərovun adından bu əlamətdar hadisə - parkın açılışı münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.

İ.Süleymanov paytaxtın şimal qapısında start götürən “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərəətraflı məlumat vermişdir. İcra başçısının müavini  “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işəöz töhfəsini verməsinin zəruriliyini qeyd etmişdir.

Bildirildi ki, ilk Avropa Oyunlarının keçirilməsi iləəlaqədar paytaxtın şimal qapısı - Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilmişdir. Layihənin keçirilməsindəəsas məqsəd “Bakı 2015” Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və  genişəhali kütləsini cəlb etməkdən ibarətdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamda bildirilir ki,  Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır. Artıq komissiya öz işinə başlamış və müvafiq iş planı tərtib olunmuşdur. İş planında ənənəvi tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu vəözünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metodlara üstünlük verilmişdir.
Tədbirlər planına əsasən görülən işlər barədəəhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyalar da keçiriləcəkdir. “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

Tədbir tanınmış incəsənət ustalarının ifasında musiqi parçalarının ifası ilə davam etdi. Sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri – körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirdi, öz ifaları ilə tədbirəəlavə rəng qatdılar. Konsert proqramıƏməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşdı, sonda atəşfəşanlıq oldu.

Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları tərəfindən sakinlərə oruclarını açmaq üçün şirniyyat, xurma və su paylanmışdır.

Hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev