Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Təmiz Binəqədi" layihəsinə dəstək məqəsədilə iməcilik keçirildi
Tarix: 11.08.2014 | Saat: 09:47:00
Bölmə:Sosial | çapa göndər

"Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinə dəstək üçün növbəti tədbir həyata keçirilib.

Bu barədə Hafta.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Beləki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən təmirdə olan Binəqədi rayonu 115 saylı tam orta məktəbin istifadəyə verilməsi ərəfəsində iməcilik təşkil edilib.

İcra Hakimiyyətindən verilən məlumatda o qeyd olunur ki, Dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Qeyd edək ki, "Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə bu ilin iyul ayında start verilən "Təmiz Binəqədi" adlı sosial layihənin əsas məqsədi qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır. "Coca Cola" şirkəti də layihənin həyata keçirilməsində tərəfdaş qismində çıxış edir.

Hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017