Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Təmiz Binəqədi" layihəsi çərçivəsində veloyürüş keçirilib
Tarix: 08.09.2014 | Saat: 11:21:00
Bölmə:Sosial | çapa göndər

Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində veloyürüş keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Hafta.az-a verilən məlumata görə, veloyürüş Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı, yaxından dəstəyi, aktiv iştirakı və birgə əməkdaşlığı ilə baş tutub.

Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və hazırda cənab Prezident İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beyəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayıb. Dünya əhəmiyyətli yarışların, idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir.

Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan Bakı 2015 I Avropa oyunlarıdır. Bakı 2015 I Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilib.

Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür.

Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrununa mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatmışdır.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışıb.

O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulmasının çox müsbət addımdır. Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək belə faydalı tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Veloyürüşün qızıl qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisində AF otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün konsert proqramı nümayiş etdirilib.

Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.

Hafta.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov
İlham Əliyev sərəncam imzaladı
Brakonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub
PA-nın məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
Bakının mərkəzində su borusu partladı - FOTO
Nazirliyi haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər - İradə İbrahimova