Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Aktyorların qonorarı dünənə görə çox, bu günə görə azdır” - MÜSAHİBƏ
Tarix: 28.10.2014 | Saat: 12:00:00
Bölmə:Müsahibə Şou-biznes | çapa göndər

Bu dəfə Azərbaycan filmi və serialı haqda olan suallarımızı gənc aktrisa, Bakı Uşaq Teatrının aktrisası, “Bir ailəm var” serialında Səma obrazı ilə tamaşaçıların sevimlisinə çevrilmiş gənc aktrisa Günel Həmidovaya ünvanladıq.


- Bu gün Azərbaycan tamaşaçısının teatrda olan marağı necədir? Ümumiyyətlə, tamaşaçılar arasında artım, ya azalma var?


- Mən özüm də tez-tez tamaşaçılar sırasında teatrlara gedirəm. Maşallah tamaşaçı azdı deməzdim. Anşlaq olanları da çoxdur. Bəlkə də bu serialların teatrda olan siraətidir. Çünki tamaşaçı seriallardan sevdiyi aktyor, aktrisasının eşqinə teatra gedir bəzən. Sırf tamaşaya baxmağa gedən tamaşaçılarımız da var.


- Gənc aktrisa olaraq seriallarımızın süjet xəttini, gənc aktyorların fəaliyyətini bəyənirsiniz?


- Mən özüm də gəncəm hələ. İrəliləyiş var. Bunu danmaq olmaz. Dünənə nisbətən bugünkü xətlər daha normaldı. İnanaq ki, sabah bugünkündən də yaxşı olsun. Çünki ən azından film və serial sektoruna dövlətimiz tərəfindən dəstək və diqqət var. Gənc aktyorlara gəldikdə isə hər sahədə, hər peşədə olduğu kimi, aktyorlar arasında da gələcəyi parlaq olanları barmaqla sayılacaq qədər də olsa var.


- Xaricdə filmə çəkilmək istərdiniz?


- Ən çox arzu etdiyim bir şeyi mənə sual verdiniz. Bəli hansı peşəsini sevən aktrisa istəməz ki, vətəninin adını başqa xalqların, ölkələrin içində duyurmasın? Çox fəxr edərəm ki, xarici rejissorlar desinlər ki, Azərbaycanın istedadlı aktrisasını filmimə dəvət etmişəm. Mən Türkiyədən təklif almaq istərdim. Peşəkar komanda, geniş auditoriya və s... Hansı janrda bir film və necə rol arzunuzdur? Romantik komediya janrında özümü sınamaq istərdim.


- Fikrinizcə, Azərbaycanın gənc aktyorları və türk aktyorları arasında çatışmayan cəhətlər nədir və bunların səbəbi nədir?


- Bir qrup gənclərimiz var ki, onların Türkiyənin aktyorları arasında heç bir fərq yoxdur. Hətta bizim aktyorların potensialı daha çoxdu deyərdim. Bu təbii ki, bir neçə aktyora aiddir. Digər aktyorlarda isə kamera qorxusu, qeyri-peşəkarlıq var. Kamera görən kimi hər şey unudulur, teatr oyununa çevrilir oyunları. Və təbii ki, obyektiv də bunu sevmir. Buradan başlayır aktyorun bəlası.


- Niyə görə bizim gənc və peşəkar aktyorlarımız lazımi qədər tanına bilmir? Halbuki Türkiyədə bir dəfə filmə çəkilmiş sadə bir aktyor daha tez səs-səda doğurur.


- Hamısını deməzdim. Görün bu dəqiqə Türkiyədə neçə serial var və hər komanda da neçə aktyor, aktrisa. Məgər hamısı yadda qalır? Xeyr. Neçəsi zəif aktyor oyununa və lazımi kütləni cəlb etmədiyinə görə bağlandı? Mən şəxsən o qədər serialın içindən yalnız birini izləyirəm.  Çünki başqalarına baxmağı vaxt itkisi hesab edirəm.


- Bizim peşəkar və bu sahədə saç ağartmış aktyorlarımız var. Hansı ki, yetərincə bu sahəni dərindən öyrəniblər. Bəs fikrinizcə, bu gün gənc aktyor və aktrisalara o peşəkarlar bildiklərini öyrədir? O gənclər üçün lazımi şərait yaradırlar? Yoxsa neqativ hallar baş verir?


- Mən şəxsən öz təcrübəmlə cavablandıracam bu sualı. Bildiyiniz kimi, hal-hazırda ölkənin tanınmış seriallarından olan “Bir ailəm var”ın aktrisasıyam. Onu da bilirsiniz ki, bizimlə çiyin-çiyinə çalışan Respublikanın Xalq artisti, illərini kinoya həsr etmiş Həmidə Ömərova, Əməkdar artist Elşən Rüstəmov, Musiqili Komediya Teatrının aktyoru Əzizağa Əzizov var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin gözəl pedaqoqları, səhnə danışığı, nitq mədəniyyətini aktyor və aktrisalara aşılayan Kəmalə Mehdiyeva, Gülsabah Quliyeva, Zülfiyyə Eldar qızı var. Canlı təcrübə inanın mənə ki, nəyə desəniz dəyər. Şəxsən bizim heç bir neqativ hallarımız olmur. Nəyi bilmirik, öyrənirik.


- Bəs bu gün aktyor və aktrisaların maddi vəziyyəti, qonorarı necə, qane edir sizi?

- Bir az öncə aktyor oyununu, seriallarının ümumi vəziyyətini türk aktyor və aktrisaları ilə müqayisə edirdik. İnşallah mən arzu edirəm ki, nə vaxtsa qonorarlarımızı da müqayisə edərik bu yaxınlarda. Yenə deyirəm bu sektor son 4-5 ildə inkişaf etməkdədir. İnanıram ki, bu gündən də yaxşı olacaq. Şükür bu günə.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018