Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elektron xidmətlərin tətbiq olunmayan qurumları var
Tarix: 14.11.2014 | Saat: 12:00:00
Bölmə:Sosial | çapa göndər

Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu böyükdür. Texnologiya həyatımıza daxil olduğu zamanda inkişaf etdikcə tələb və tələbat da artır. Tələbatlarımızı ödəmək işlərimizə vaxt çatdırmaq üçün bu gün köməyimizə elektron xidmətlər yetir. Artıq Azərbaycanda dövlət strukturları, ictimai təşkilatlar və digər qurumlar Elektron hökumətin təklif etdiyi xidmətlər tətbiq olunur. İnsanların rahatlığını təmin edir. Apardığımız araşdırma da Elektron hökumət protalına keçidlə bağlıdır. Xüsusi ilə qeyd edək ki, sosial əhəmiyyətli strukturlar bu sistemə necə adaptasiya olunublar, hansı uğurları əldə ediblər və bundan sonrakı fəaliyyətləri necə olacaq bütün bu məsələləri bir azdan bəlli olacaq.

Əvvəla Dövlət Sosial Müdafiə Fondundan başlayaq.
Bu ilin göstəricilərinə nəzər salaq 2014-cü ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sisteminin mövcud olduğunu və DSMF tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə həyata keçirilir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir.

Bundan başqa, növbəti elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin (www.sspf.gov.az; www.e-sspf.gov.az) saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.

Qeyd edək ki, DSMF informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etməkdə davam edir. Bura məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması kimi layihələr daxildir. Bu layihələrin uğurla həyata keçirilməsinin nəticəsində DSMF ötən il Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif də edilib.

İndi DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir.

Eyni zamanda, DSMF-nun elektron xidmətlər haqqında fəaliyyətini araşdırarkən bu sahə ilə bağlı statistik rəqəmlərə də nəzər saldıq. Belə ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. İndi, Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

2013-cü il üzrə ‹‹Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi›› elektron xidməti vasitəsilə 324302 sığortaedən tərəfindən 560976 ödəniş həyata keçirilərək, 31 milyon manata yaxın məcburi dövlət sosial sığorta haqqı ödənilib. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131653 istifadə sayı müəyyənləşdirilib.
DSMF-nin "Sığortaolunanın onlayn uçota alınması" adlı xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirməyə imkan verir. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirə bilər. 2014-cü ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

Həmçinin, DSMF tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi"nin köməyilə reallaşdırılır.

2013-cü ilin iyul ayından Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı həyata keçirilir. Bu xidmət vasitəsilə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 "Çağrı Mərkəzi"nə zəng vurub, dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Həmçinin, istənilən vətəndaş fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir.

“Elektron hökumət” portalının statistikasında telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərə aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətində bildirirlir ki, “Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya və kommunikasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Bu məqsədlə 2014-cü ilin ötən dövründə DSMF 4 sayda mərkəzi, 6 sayda regional təqdimat keçirmişdir.

Araşdırma apardığımız digər dövlət qurumu Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi elektron texnologiyalarının tətbiqi işlərini uğurla yerinə yetirir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının, habelə bu sahədə aidiyyəti normativ-hüquqi aktların uğurlu icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) əhaliyə xidmət sahələrinin elektron texnologiyalar əsasında təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində son vaxtlarda mühüm işlər görülüb.

Ötən ilin son aylarından etibarən ƏƏSMN tərəfindən “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim olunan müvafiq e-xidmətlərin işləkliyinin və əhalinin istifadəsinə uyğunluğunun təmin edilməsi sahəsində işlərə başlanmışdır. Görülən işlərin müsbət nəticəsi kimi, hazırda “Elektron hökumət” portalı üzərindən ƏƏSMN-nin 11 xidməti əhaliyə təqdim olunur. (www.e-gov.az <http://www.e-gov.az> saytına daxil olmaqla həmin xidmətlərin adları ilə tanış olmaq olar). Eyni zamanda, ƏƏSMN-nin rəsmi internet portalında (www.mlspp.gov.az) vətəndaşların nazirliyə elektron qaydada müraciəti üçün “Online müraciət” bölməsi fəaliyyət göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli fərmanının icrası olaraq, ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılaraq cari ilin 01 iyulundan “Elektron hökumət” portalı üzərindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” və “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətləri üzrə əhalinin istifadəsinə verilməsi ümumən ölkədə həyata keçirilən uğurlu islahat tədbirlərindən biri olmuşdur. Bu islahatın mahiyyəti bağlanan hər bir əmək müqaviləsinin, yaxud bu müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsinin bildiriş formasında işəgötürənlər tərəfindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə ƏƏSMN-nin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsidir.

Burada məqsəd işəgötürən və işçilər arasında mövcud olan əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması, əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi, qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınması, əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasıdır. Əmək müqavilələrinin bildiriş formasında Elektron İnformasiya Sistemi (EİS) qeydiyyata alınması işçilərin əmək və gələcək sosial təminat, habelə gələcəkdə layiqli pensiya təminatına malik olmalarına real hüquqi təminat forması yaradır. Digər tərəfdən, sosial sığorta haqları və s. daxilolmalar artmasına imkan yaranır.

Əmək müqaviləsi bildirişi üzrə EİS istifadəyə verildikdən sonra işəgötürənlərin məlumatlandırılması və onların “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətləri vasitəsilə bildirişləri qeydiyyatdan keçirmələri üzrə praktik bilgilərə yiyələnmələri üçün müxtəlif formalarda ardıcıl işlər görülüb. Müvafiq qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında (www.mlspp.gov.az, www.eesmn.gov.az) yerləşdirilib, KİV-lərdə çoxsaylı təbliğat-maarifləndirmə materiallarının yayımı, bütün bölgələrdə “Açıq qapı” günü-vətəndaş forumlarının keçirilməsi, “Yardımçı masaları”nın yaradılması və s. təşkil olunub. Aparılan bu işlər, habelə EİS-in mükəmməl proqram təminatına malik olması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edənlərin sayı günbəgün artmışdır.

Yalnız onu qeyd etmək kifayətdir ki, cari ilin sentyabr ayında ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 1 042 712 nəfər istifadə edib. Bu göstərici ilə qeyd olunan elektron xidmət növü “Elektron hökumət” portalında (www-e-gov.az) ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim edilən siyahıda ilk yeri tutur. Nazirliyin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidməti də ən çox istifadə edilən e-xidmətlərdəndir. Belə ki, son bir ayda bu xidmət növündən 73 055 nəfər istifadəçi iştirak edib ki, bu göstərici ilə həmin siyahıda 3-cü yerdədir. Cari ilin sentyabr ayında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) 1 116 873 nəfər istifadəçi ilə ilk yeri tutur. Bu ilin iyulun 1-dən istifadəyə verilən EİS-dən hər iki xidmət növü üzrə yararlananlar isə son 3 ayda 1 milyon 752 min 383 nəfər olub. Ümumiyyətlə, sistem istifadəyə verildikdən sonra ötən qısa müddət ərzində 1 milyon 400 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib.

ƏƏSMN-nin digər fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi sahəsində görülən işlərdən daha biri kimi, əlillik təyinatı mexanizminin avtomatlaşdırılması istiqamətində işlər aparılıb. Bununla əlaqədar hazırlanaraq istifadəyə verilmiş yeni proqram təminatı əlilliyin müəyyən olunması ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron formada məlumat mübadiləsinə imkan verir. Bu sahədə elektron formada məlumat mübadiləsi tibbi-sosial ekspertiza xidmətində məmur-vətəndaş əlaqəsinin minimuma enməsinə, əlilliyin təyin olunması zamanı kağız formasında arayışların verilməsi kimi artıq köhnəlmiş iş metodlarının aradan qalxmasına şərait yaradıb. Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu yeni sistemdə işləmək bacarıqlarına yiyələnmələri üçün respublikanın bütün bölgələrində treninqlər keçirilir.

Bununla yanaşı, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomotlaşdırılması işləri görülür və bu işlərin 2014-cü ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Avtomotlaşdırılmış sistem işə salındıqdan sonra vətəndaşlar ünvanlı sosial yardım almaq üçün elektron formada müraciət etmək imkanlarına malik olacaqlar. Bu tədbir də ünvanlı yardım təyinatında bir çox hallarda neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin minimuma enməsinə imkan verəcək.

Elektron texnologiyaların tətbiqi sahəsində ƏƏSMN-nin son vaxtlarda əldə etdiyi uğurlu təcrübə qarşıdakı dövrdə də bu sahədə yeni işlərin görülməsi üçün əsas yaradıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarının 13-cü bəndinə əsasən, Təhsil Nazirliyinin öhdəliyində səkkiz elektron xidmət fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

“Ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”; “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu; “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi”; “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu”; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması”; “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu“ Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”; “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması”.

Xatırladaq ki, qeyd olunan elektron xidmətlərdən hal-hazırda beşi (“Ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu, “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi”, “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu” və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması”) fəaliyyət göstərir.

“Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” elektron xidmətləri üzrə işlər davam etdirilir. Əlavə olaraq “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu” xidmətinin elektronlaşdırılması üzrə işlər aparılır.

Təhsil Nazirliyi tərəfindən elektron hökumət portalına “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu elektron xidməti inteqrasiya edilib. Hazırda digər elektron xidmətlərin inteqrasiya edilməsi üzrə işlər həyata keçirilir.

Elektron xidmətə keçidlə bağlı böyük məsuliyyət İnformasiya və Yüksək Texnologiyaları Nazirliyinin üzərinə düşür. Nazirliyin mətbuat xidmətinə göndərdiyimiz sorğumuza cavab olaraq bildirirlər ki, 21 dövlət qurumu tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi e-xidmətlərin hamısı elektronlaşdırılıb və “Elektron hökumət” portalın inteqrasiya edilib. Digər qurumlar tərəfindən isə elektronlaşma qismən icra olunub. Ümumiyyətlə, e-xidmətlərini portala inteqrasiya etməyən qurumlar Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyasıdır.

Qeyd edək ki, bir neçə dövlət qurumu tərəfindən öz saytlarında olan e-xidmətlərin “Bir pəncərə” prinsipi əsasında portal üzərindən göstərilməsi təmin edilsə də, əksər qurumlar tərəfindən bu prinsipə əməl olunmur.

Bundan başqa 42 qurum tam ya da qismən öz xidmətlərini elektronlaşdırıblar. Elektron xidmətə keçid olandan sonra strukturlarda elektron şəkildə göstərilən xidmətlərə nəzarət gücləndirilmişdir. Hazırda portalda “Əks əlaqə” servisi yaradılmışdır və vətəndaşlar e-xidmətlə bağlı istənilən şikayət, rəy və təkliflərini portal vasitəsilə aidiyyatı quruma göndərə və izləyə biləcəklər. E-xidmətlərin əhaliyə təqdimatı və maaraifləndirmə xarakterli tədbirlərə zərurət var və MHM tərəfindən bu istiqamətdə MHM tərəfindən mütəmadi tədbirlər keçirilir. Portalda lazımi təlimatlar, məqalələr yerləşdirilir, ayda bir dəfə “E-hökumət bülleteni” hazırlanıb pulsuz paylanılır və elektron şəkildə portalda yerləşdirilir. Mütəmadi olaraq vətəndaşlar KİV vasitəsilə məlumatlandırılır, Poçt şöbələrində vətəndaşlara bukletlər paylanılır, maraqlanan insanlara portala daxil olmaq üçün kod və parol təqdim olunur. Regionlarda əhali ilə görüşlər, treninqlər keçirilir və s.

Eektron xidmətlər bağlı vətəndaşların təklifləri nəzərə alınır.

Elektron Hökumət portalında "Fikir bankı" bölməsi fəaliyyət göstərir. Bu bölməyə vətəndaşlar elektron hökumətlə, portalda yerləşən elektron xidmətlərlə bağlı öz təkliflərini göndərə bilirlər.

Portalın admini daxil olan təkliflər arasında elektron hökumətlə bağlı olanları təsdiq etdikdən sonra həmin təkliflər portalda əks olunur. Daxil olan təklif və ideyalar araşdırılır, müzakirə olunur və portalın inkşafında rolu ola biləçək təkliflər nəzərə alınır. Bu günə kimi portala 94 təklif daxil olub. Bunlardan 54 təklif qəbul edilib və portalda dərc olunaraq bütün istifadəçilərə təqdim olunub. Hesab edirik ki, hazırki zamanda bütün sahələrin elektron xidmətin tətbiq olunmaslna ehtiyac vardır.

Bu yazı “Onlayn Media 2014” müsabiqəsinə təqdim etmək üçündür

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018